İstifadəçi Razılaşması
Bu istifadəçi razılaşması (bundan sonra müqavilə) www.suallar.az saytından onlayn olaraq fənn, sınaq, olimpiada imtahanlarında iştirak etmək və distant təhsilə öz töhvəsini vermək üçün Suallar.az MMC-nin (bundan sonra İcraçı) təklifidir. Bu müqavilə sizin www.suallar.az saytında qeydiyyatdan keçdiyiniz andan qüvvəyə minir.
1. İstifadəçi razılaşması
1.1. Müqavilə Suallar.az ilə istifadəçi arasında hüquqi anlaşmadır və istifadəçi tərəfindən istifadə şərtlərini
müəyyən edir. Bu müqavilə “Suallar.az” MMC tərəfindən istənilən vaxt birtərəfli qaydada dəyişdirilə bilər və
razılaşmanın son mətni bu resursda yerləşdirilir.
2. Müqavilənin predmeti
2.1. Bu müqavilənin predmeti istifadəçiyə ödənişsiz və ödənişli şərtlərlə onlayn xidmətlər göstərməsidir.
3. Xidmətin göstərilməsi
3.1. www.suallar.az sizə müxtəlif 2-11-ci siniflər üzrə online fənn imtahanları, sınaq imtahanları,
olimpiadalar, həmçinin şagirdlərə maraqlı olacaq müxtəfil yarışlar, oyunlar üzrə xidmətlərini təklif edir.
3.2. Onlayn xidmətin informasiya və metodiki materialları azərbaycan dilində verilir.
3.3. Onlayn xidmətdən həftənin yeddi günü, 24 saat yararlanmaq mümkündür.
3.4. İstifadəçi özünə uyğun istifadə paketlərini seçərək və müvafiq ödənişi ödəniş sistemləri vasitəsi ilə
ödəniş etdikdən sonra istifadəçiyə onlayn xidmətlərdən tam yararlanmaq imkanı verilir.
3.5. Aktiv xidmətlərdən istifadə etmək üçün internet bağlantısı olan kompüterlərdən, mobil telefonlardan və
digər qurğulardan istifadə edə bilərsiniz.
4. İstifadəçinin hüquq və vəzifələri
4.1. İstifadəçi aşağıdakı hüquqlara malikdir:
4.1.1. Saytda qeydiyyatdan keçərək yaxud qeydiyyatsız istifadə imkanı;
4.1.2. Saytdan istifadə ilə bağlı İcraçıya suallar vermək;
4.1.3. Onlayn istifadə işinin təkmilləşdirilməsi üçün İcraçıya təkliflər vermək, həmçinin iradı olduğu halda
sərbəst şəkildə bildirmək;
4.1.4. İstifadəçi onlayn kurs proqramından istifadəsi üçün ödənişi etdikdən sonra, göstərilən bölmənin (ilk və
ya hər hansı bir hissəsinə keçdikdə) istifadəsindən imtina edərsə xidmət üçün ödənilən məbləğ İstifadəçiyə
qaytarılmır.
4.2. İstifadəçinin vəzifələri:
4.2.1. İcraçının icazəsi olmadan www.suallar.az saytına daxil olmaq üçün giriş parametrlərini üçüncü tərəfə
ötürmək. Bu hərəkətlərə yol vermiş İstifadəçinin sayta girişini ləğv etmək hüququ İcraçıda qalır.
4.2.2. Onlayn materialların yayılması, surətinin hər hansı üsulla çıxarılması qadağan olunur. Bu qadağaya riayət
etmək.
5. İcraçının hüquq və vəzifələri
5.1. İcraçının hüquqları:
5.1.1. Onlayn imtahanların bölmələri üzrə məzmunları mütəqil şəkildə inkişaf etdirmək, saytı texniki tərəfdən
inkişaf etdirmək.
5.1.2. İmtahanların nəticələrinə əsasən nəzərdə tutulan qiymətləndirmə aparmaq.
5.2. İcraçının vəzifələri:
5.2.1. Saytda aparılan texniki işlər barədə İstifadəçini öncədən məlumatlandırmaq;
5.2.2. İstifadəçinin hesabına ödəniş daxil olan kimi təqdim olunan xidmətdən istifadə üçün imkanı dərhal
aktivləşdirmək
6. Xidmətin dəyəri və qəbul edilməsi
6.1. İcraçı tərəfindən göstərilən xidmətlərin dəyəri saytda yerləşdirilmiş qiymətlər ilə müəyyən edilir.
6.2. İstifadəçi tərəfindən ödənişlər Azərbaycan manatı ilə həyata keçirilir.
6.3. İstifadəçi İcraçının xidmətlərindən tam istifadə etməsi üçün saytdan qeydiyyatdan keçərək müvafiq abunəlik
paketi üçün ödəniş etməlidir.
6.4. İstifadəçi onlayn imtahanlar üçün aylıq, altı aylıq, yaxud illik ödəniş etdikdə bu ödəniş mədaxil olan
tarixdən hesablanma başlayır.
7. Müqavilə şərtlərinin müddəti və dəyişdirilməsi
7.1. Müqavilə www.suallar.az saytında dərc edildiyi andan qüvvəyə minir və geri götürüləcəyi anadək qüvvədədir.
7.2. İcraçı şərtlərin dəyişdirilməsi hüququnu hər zaman özündə saxlayır. Dəyişdirilmiş şərt dəyişdirildiyi
tarixdən geri götürüləcəyi tarixədək qüvvədədir.
8. Məsuliyyət
8.1. İçracı öhdliklərin yerinə yetirilməməsi, düzgün yerinə yetirilməməsinə görə istifadəçinin ödədiyi məbləğdən
çox olmamaq şərtiylə məsuliyyət daşıyır.
8.2. Fövqəladə hallar - yanğın, daşqın, zəlzələ, qasırğa, epidemiya və digər təbii fəlakətlər; hərbi
münaqişələr, terror aktları, vətəndaş ittihamı, geniş miqyaslı tətillər və blokadalar, dövlət orqanlarının
hərəkətləri və normativ aktları, ictimai həyatın digər oxşar şərtləri və hərəkətləri baş verdikdə Tərəflər
öhdəliklərin yerinə yetirilməməsi üçün tam və ya qismən məsuliyyətdən azaddırlar.
8.3. İcraçı, İstifadəçinin İnternet kanalının, avadanlıq və ya proqramın nasazlığı ilə əlaqədar Onlayn Servisə
daxil olmaması üçün məsuliyyət daşımır.
8.4. İstifadəçi özü haqqında qeyri-dəqiq və ya natamam məlumatlar təqdim etdiyinə görə İcraçı məsuliyyət
daşımır.
9. Digər
9.1. Bu Saziş ilə tənzimlənməyən bütün məsələlər Azərbaycan Respublikasının cari qanunvericiliyi əsasında həll
edilir.
Konfidensiallıq